Nərimanov rayonunda təmirli, 3 otaqlı və obyekt üçün yararlı mənzil satılır!
Nərimanov rayonu, Faiq Yusifov küçəsi ünvanında yerləşən, Kiyev (Leninqrad) layihəli 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən, uğurlu şəkildə 3 otağa çevrilmiş mənzil satışa çıxarılıb.
Mənzil yeni və keyfiyyətli təmirdən çıxıb, təmirdən sonra yaşayış olmayıb. Təmir şəxsi istifadə üçün nəzərdə tutulduğundan yüksək keyfiyyətli materiallardan istifadə edilib.
Binanın alt mərtəbəsi istifadə olunduğuna görə mənzil faktiki olaraq 2-ci mərtəbə səviyyəsində yerləşir.
Mənzilin əsas üstünlükləri:
• Hər 3 otağın ayrıca girişi var, otaqlar iç-içə deyil
• Mənzil ortadır və yelçəkəndir (skvaznoy)
• Hər otağın ayrıca pəncərəsi mövcuddur
• Geniş və təmirli dəhliz
• Hamam və sanitar qovşağı ayrıdır
• Hamamda yeni duş kabina, suya davamlı moydadır və asma tavan quraşdırılıb
• Sanitar qovşaq da asma tavanla təchiz olunub
• Zal və uşaq otağından eyvana çıxış mövcuddur
• 80 kv.m sahəni əhatə edən kondisioner
• Mətbəx mebeli
• 32-lik, iki eşanjörlü kombi sistemi
• Həm mərkəzi istilik sistemi, həm də fərdi kombi sistemi mövcuddur
• Kommunal xidmətlər 24/7 fasiləsizdir
Sənədlər üzrə sahə:
Kupçada mənzilin sahəsi 52 kv.m göstərilib. Lakin hamam, sanitar qovşaq, mətbəx və eyvan kupçada qeyd olunmadığından mənzilin ümumi istifadə sahəsi 70 kv.m-dən çoxdur.
Əlavə üstünlük:
Mənzilin qarşısında təxminən 50 kv.m əlavə bağ sahəsi mövcuddur. Bu sahə gələcəkdə alıcının istəyinə uyğun olaraq rahatlıqla obyektə çevrilə bilər. Bu səbəbdən mənzil həm yaşayış, həm də biznes məqsədilə istifadə üçün olduqca əlverişlidir.
Yerləşmə:
• Nərimanov metrosuna 5 dəqiqəlik məsafə
• S.C. Pişəvəri adına Humanitar Fənlər Gimnaziyası
• Modern School
• 45 və 212 nömrəli məktəblər (Azərbaycan və rus bölmələri)
• Supermarketlər
• Meyvə-tərəvəz mağazaları
• Apteklər
• Avtobus dayanacaqları
Əlavə məlumat
• Mənzil sığortalıdır
• Mənzildə qeydiyyatda heç kim yoxdur
• Alqı-satqı başa çatan kimi açarlar yeni sahibinə təhvil veriləcək
Ətraflı məlumat almaq istəyənlərdən xahiş olunur ki, WhatsApp vasitəsilə əlaqə saxlasınlar.
Real müştərilər üçün endirim nəzərdə tutulub.
Şirket haqqi 1%