Qeyd olunan qiymətə yeraltı qaraj , kommunal və istismar xərclər daxildir
--------------------------------------------------------------------------------------------------
Nərimanov rayonunun prestijli yaşayış komplekslərindən biri olan
Komfort Hayat Residence-də premium standartlara uyğun təmir edilmiş 2 otaqlı mənzil kirayə təklif olunur. Mənzil zövqlə dizayn edilmiş interyerə,
yüksək keyfiyyətli mebel və premium texniki avadanlıqlara malikdir.
Yaşayış üçün bütün zəruri şərait yaradılıb və mənzil tam hazır vəziyyətdə təqdim edilir.
Kompleks 24/7 mühafizə və videomüşahidə sistemi, qapalı və abad həyəti, yeraltı parkinqi, sürətli liftləri və peşəkar idarəetməsi ilə sakinlərinə yüksək səviyyəli təhlükəsizlik və rahatlıq təqdim edir.
--------------------------------------------------------------------------------------------------
Gənclikmetrostansiyası ,Dədə Qorqud Parkı, Bakı Zooloji Parkı, məktəblər, uşaq bağçaları, supermarketlər və digər vacib infrastruktur obyektlərinə yaxın yerləşməsi gündəlik həyatı maksimum rahat edir. Komfort, təhlükəsizlik və prestij axtaranlar üçün bu mənzil ideal seçimdir.
--------------------------------------------------------------------------------------------------
Göstərilən vasitəçilik xidməti müqabilində agentlik komissiyası ilk aylıq kirayə məbləğinin 30%-ni təşkil edir.